Yanacaq tankeri partladı - ÖLƏNLƏR VAR
Nigeriyanın Jiqava əyalətindəki Kano-Hadeja şossesində yanacaq daşıyan tankeri partlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə əyalət polisinin sözçüsü Lovan Adamu bildirib.
Adamu qeyd edib ki, partlayış nəticəsində 94 nəfər ölüb, ən azı 50 nəfər yaralanıb.
Onun sözlərinə görə, yaralılar müalicə altına alınıb, ölənlərin sayının artacağı gözlənilir.
Səlahiyyətlilər bölgəyə yanğınsöndürmə briqadalarının göndərildiyini və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Türkan İSGƏNDƏRLİ