İsrail Livana zərbələr endirdi: Şəhər meri ÖLDÜ
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Nabatiya şəhərinə irimiqyaslı zərbələr endirib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, şəhərin mərkəzi və kənarındakı bir neçə yaşayış binası raketlərlə vurulub.
Nəticədə şəhərin meri Əhməd Xeyl və bələdiyyə şurasının beş üzvü həlak olub.