Şolts Putinlə Ukrayna məsələsini həll etmək istəyir
Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı vəziyyətin sülh yolu ilə həllini müzakirə etməyə hazırıq.
Redaktor.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
Kansler Rusiyanın iştirakı ilə Ukrayna ilə bağlı sülh konfransının keçirilməsini müdafiə edib. Eyni zamanda, o, sülh səylərində aydın prinsiplərin olduğunu, xüsusən də bütün mümkün qərarların birgə qəbul edilə biləcəyini qeyd edib.
Qeyd edək ki, belə bir söhbət baş tutsa, Almaniya kansleri son il yarımda Qərb blokunun Putinlə ünsiyyət quran ilk lideri olacaq.
Türkan İSGƏNDƏRLİ