Borrell Aİ ölkələrini Ukraynaya kömək etməyə çağırdı

 17:31 16.10.2024     174

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josef Borrell assosiasiyaya üzv ölkələrə müraciət edib.

Redaktor.az bu barədə xarici mənbələrə istinadən məlumat verir.

O, həmin ölkələri Ukraynaya hərbi yardım göstərmək üçün yeni borc öhdəlikləri götürməyə çağırıb. Borrel ilk növbədə Ukraynaya hərbi yardımın maliyyələşdirilməsinin zəruri olduğunu qeyd edib.

Bundan əvvəl Borrell Avropa İttifaqı ölkələrindən Ukraynaya hərbi yardımın ümumi həcminin 110 milyard avroya çatdığını bildirib. Onun sözlərinə görə, Kiyevin hərbi ehtiyacları üçün ayrılan vəsaitin həcmi 42 milyard avro təşkil edir. 2024-cü ilin sonuna qədər bu rəqəm 45 milyard təşkil edəcək.

Türkan İSGƏNDƏRLİ