Almaniya İsrailə söz verdi

 17:40 16.10.2024     78

Almaniya İsrailə yeni silah tədarükü vəd edib.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.

O, İsrail hakimiyyətini əmin edib ki, Almaniya Qəzza zolağı və Livandakı fəaliyyətini tənqid etməsinə baxmayaraq, yəhudi dövlətini silahla təmin etməyə davam edəcək. Eyni zamanda o vurğulayıb ki, HƏMAS və Hizbullahla mübarizədə İsrail humanitar qanunlara hörmət etməlidir.

Şolts həmçinin İrana yəhudi dövlətinə hücum etməməsi barədə xəbərdarlıq da edib.

Türkan İSGƏNDƏRLİ