ABŞ Yaxın Şərqdəki vəziyyəti seçkilərə qədər həll etməyəcək
ABŞ administrasiyası bu ölkədə keçiriləcək prezident seçkiləri öncəsi Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına yönəlmiş hər hansı ciddi razılıq əldə etməyə can atmır.
Redaktor.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun yalnız seçkilərə qədər heç nə baş verməməsini istəyir. Yaxın Şərq nizamlanması ilə bağlı hər hansı mühüm razılaşma məsələsi nəzərdən keçirilmir.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyasını keçmiş prezident Tramp, Demokratlar Partiyasını isə hazırkı vitse-prezident Harris təmsil edəcək.
Türkan İSGƏNDƏRLİ