Britaniya İsrail və Çinə sanksiyalar tətbiq edə bilər

 18:33 16.10.2024     163

Böyük Britaniya hökuməti fələstinlilərə qarşı sərt bəyanatlar səsləndirən İsrail rəsmilərinə, eləcə də Rusiyaya hərbi texnologiya tədarük etdiyinə görə Çin şirkətlərinə sanksiyalar tətbiq edə bilər.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Kir Starmer İcmalar Palatasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi yaxın günlərdə Pekinə baş tutacaq səfəri zamanı Çində insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən britaniyalı deputatlara qarşı sanksiyaların ləğvini tələb edəcək. Eyni zamanda, baş nazir leyboristlərin Çinlə ticarət və ekologiya məsələlərində əməkdaşlığa hazır olduğunu bildirib.

Bundan əlavə, K.Starmer fələstinlilərlə bağlı səsləndirdikləri bəyanatlara görə İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə sanksiyaların tətbiqini istisna etməyib.