Avstraliya Ukraynaya 49 tank GÖNDƏRƏCƏK

 19:41 16.10.2024     93

Avstraliya Müdafiə Sənayesi Departamenti yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya 49 ədəd “M1A1 Abrams” tankının göndəriləcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, "ABC news"un məlumatına görə, Avstraliya Müdafiə Sənayesi Naziri Pat Conroy, təxminən 245 milyon Avstraliya dolları dəyərində hərbi yardım paketi çərçivəsində Ukraynaya 49 ədəd "M1A1 Abrams" tankının göndəriləcəyini bildirib.

"Bu tanklar Ukraynaya daha çox atəş gücü və hərəkətlilik təmin edəcək. Avstraliya Ukraynanı dəstəkləməkdə qərarlıdır", - Conroy Deyib.

Seymur BƏNNAYEV