Səhiyyə xidmətlərinə edilən 23 hücumda 72 tibb işçisi və xəstə öldü - ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, İsrailin hücumları altında olan Livanda səhiyyə xidmətlərinə edilən 23 hücumda 72 tibb işçisi və xəstənin öldüyünü bildirib.
Redaktor.az xəbər verir ki, Qebreyesus ÜST-nın həftəlik mətbuat konfransında qiymətləndirmələr edib.
İsrailin hücumları altında olan Livanda səhiyyə xidmətlərinə 23 hücumu təsdiqlədiklərini bildirən Qebreyesus, bu hücumların 72 tibb işçisi və xəstənin ölümünə, 43 nəfərin yaralanmasına səbəb olduğunu bildirib.
Seymur BƏNNAYEV