Zaxarova NATO-nun Cənubi Qafqazdakı fəallığından DANIŞDI
NATO-nun Cənubi Qafqazdakı fəallığı destruktiv xarakter daşıyır.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, NATO-nun əsl məqsədi regionu Rusiya ilə qarşıdurma meydanına çevirmək, ölkələri bir-birinə qarşı qoymaq, sonra isə bundan faydalanmaqdır.
“Moskva o mövqedən çıxış edir ki, regionda qərarlar bu region ölkələrinin özləri tərəfindən qəbul edilməlidir”, - deyə Zaxarova vurğulayıb.