Bayden Almaniyada Zelenski ilə görüşməyəcək - Səbəb

 22:10 16.10.2024     103

ABŞ Prezidenti Co Bayden Almaniya səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

“O (Bayden - red.), Avropada olarkən onların görüşmək imkanı olmayacaq və prezidentin ona (Zelenskiyə - red.) əvvəlcədən zəng etməsinin səbəblərindən biri də budur”, - K.J.Pyer bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden növbəti həftə Almaniyaya səfər edəcək.