Paşinyan AB səfirlərini qəbul ETDİ
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Birliyinə üzv dövlətlərin akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərini, AB nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqosu qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Paşinyan görüş zamanı Ermənistan ilə AB arasında çoxşaxəli əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu bildirib.
Bundan əlavə, AB-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyəti müzakirə edilib. Regional kommunikasiyaların blokadadan çıxarılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.