İsrail ordusu növbəti dəfə öz mövqelərinə birbaşa və qəsdən atəş açıb - UNIFIL
Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) İsrail ordusunun növbəti dəfə "öz mövqelərinə birbaşa və qəsdən atəş açdığını" açıqlayıb.
Redaktor.az xəbər verir ki, UNIFIL-dən verilən açıqlamada deyilir: "Bu səhər Kefer Kila yaxınlığındakı mövqedə olan sülhməramlılar İsrail ordusuna aid Merkava tankının gözətçi qülləsinə atəş açdığını müşahidə ediblər".
Bəyanatda hücum nəticəsində iki kameranın dağıdıldığı və qüllənin zədələndiyi, başda İsrail ordusu olmaqla bütün əməkdaşlara, BMT personalının təhlükəsizliyinə və onun toxunulmazlığına hörmət etmək öhdəliyi xatırladıldığı bildirilib.
Seymur BƏNNAYEV