Estoniya parlamenti Krım tatarlarının deportasiyasını “soyqırım aktı” kimi TANIDI

 23:55 16.10.2024     189

Estoniyanın Riigikogu (birpalatalı parlament) 1944-cü ildə Krım tatarlarının deportasiyasını “soyqırım aktı” kimi tanıyan qətnamə qəbul edib.

Redaktor.az-ın məlumatına görə, parlamentin saytında yerləşdirilən xəbərdə bildirilir ki, 101 deputatdan 83-ü qətnamənin lehinə səs verib.

1941-1944-cü illərdə 200 mindən çox Krım tatarları, almanlar, yunanlar, bolqarlar və italyanlar Krım yarımadası ərazisindən deportasiya edilib. 1989-cu ildə SSRİ Ali Soveti Sibirin, Özbəkistanın və Qazaxıstanın müxtəlif bölgələrinə məcburi köçürülməyə məruz qalmış xalqlara qarşı qanunsuz və cinayətkar repressiv hərəkətləri tanıyıb.

Turan İSMAYIL