Rumıniya F-16 qırıcıları üçün ukraynalı pilotları hazırlayacaq

 00:03 17.10.2024     52

Rumıniya hökuməti Hərbi Hava Qüvvələrinin Fetesti bazasında F-16 qırıcılarının pilotları üçün təlim mərkəzində ukraynalı pilotların təliminin maliyyələşdirilməsinə dair qətnaməni təsdiqləyib.

Redaktor.az xəbər verir ki, "Agerpress"in məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi Mixay Konstantin deyib.

“Fövqəladə əsaslarla qəbul edilən qətnamə F-16-nı idarə edəcək ukraynalı pilotların Fetesti aviabazasında təlim keçməsi üçün hüquqi prosedurların təsdiqini və lazımi şəraitin, o cümlədən maliyyə şərtlərinin təmin edilməsini ehtiva edir” - o bildirib.

Sentyabrın 12-də Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, bir qrup ukraynalı pilot Rumıniya aerodromunda F-16 qırıcılarını idarə etmək üçün təlim keçir.

Turan İSMAYIL