Maduro yeni prezident kimi bu tarixdə and içəcək
Venesuela prezidenti Nikolas Maduro 10 yanvar 2025-ci ildə keçiriləcək mərasimdə yeni prezident kimi and içəcək.
Redaktor.az xəbər verir ki, bununla bağlı o, Venesuelanın paytaxtı Karakasda silahlı qüvvələrin yeni təyin olunan komandirləri üçün keçirilən mərasimdə danışıb.
"And mərasimi Milli Assambleyada (AN) keçiriləcək. Dəvət məktubunu almışam və Konstitusiyada bəyan edildiyi kimi qalib namizəd olaraq and içəcəyimi açıq şəkildə təsdiqləmək istəyirəm", - o qeyd edib.
Prezident Maduro məqsədinin demokratiyanı daha da gücləndirmək olduğunu ifadə edib:
"Bizim layihəmiz birbaşa xalq sosialist demokratiyasıdır. Biz hərbi gücümüzü və xalqımızın qüdrətini millətimizin maraqları üçün gücləndiririk".
Sevinc İBRAHİMZADƏ