Koreyalararası quru və dəmiryol əlaqələri kəsildi

 11:16 17.10.2024     150

Şimali Koreya Cənubi Koreya ilə bütün quru və dəmiryol əlaqələrini bağladıqlarını bəyan edib.

Redaktor.az xəbər verir ki, Şimali Koreya Müdafiə Nazirliyindən verilən açıqlamada Gyeongui və Donghae yollarının bir hissəsində əlaqənin kəsildiyi qeyd edilib.

Şimali Koreya mətbuatında yer alan xəbərlərə görə, Şimali Koreya Xalq Ordusu (KPA) əsgərlərinin Cənubi Koreyaya gedən yol və dəmiryollarının 60 metrlik hissəsini partladıblar.

Sevinc İBRAHİMZADƏ