İsrail yaxın günlərdə İrana cavab zərbəsi endirəcək
İsrail yaxın günlərdə İrana cavab zərbəsi endirə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.
Məlumata görə, hücum hədəfləri ilə bağlı hələlik qərar verilməyib.
Xatırladaq ki, oktyabrın 1-də İran Silahlı Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bir neçə yüz ballistik raketlə İsrailə hücum edib .
İsrailin Baş naziri Binyamin Netanyahu və ölkənin Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant İrana “hücum metodu və vaxtı” barədə razılığa gəliblər.
Türkan İSGƏNDƏRLİ