Ukrayna Rusiya ilə münaqişədən qalib çıxa bilməyəcək

 17:37 17.10.2024     172

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Ukraynanın Britaniyadakı səfiri Valeriy Zalujnı deyib ki, Ukraynanın Rusiya ilə uzanan münaqişədən çıxması faktiki olaraq qeyri-mümkündür.

Redaktor.az xəbər verir ki, bu barədə "The Kyiv Independent" məlumat yayıb .

O, həmçinin bildirib ki, 2023-cü ildə onun komandanlığı altında keçirilən əks-hücum əməliyyatı Qərbin kifayət qədər hərbi texnika vermədiyi üçün uğurlu alınmayıb. Onun sözlərinə görə, bu səbəbdən Ukrayna ordusu uzun sürən uğursuz hərbi əməliyyatlar edib. 

O əlavə edib ki, münaqişə hazırda Rusiyaya hərbi gücünü bərpa etməyə imkan verəcək hücumdan müdafiə mərhələsinə keçir.

Türkan İSGƏNDƏRLİ