İsrail daha bir HƏMAS liderini öldürdü
İsrail Fələstin radikal HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın öldürüldüyünü təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Qəzza zolağında Sinvarın olduğu əraziyə hücum edib. İsrail hərbçiləri onun ölməsi barədə xəbərləri doğrulayıblar.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağında keçirilən əməliyyat nəticəsində Sinvarın mümkün məhv edilməsini açıqlamışdı.
Türkan İSGƏNDƏRLİ