"Ukrayna NATO-ya daxil ola bilməsə..."- Zelenski

 18:04 17.10.2024     122

Ukrayna NATO-ya daxil ola bilməsə, onun yeganə variantı nüvə silahı ilə silahlanmaq olacaq.

Redaktor.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Volodimir Zelenski deyib.

"Həll yolu nədir? Ya Ukrayna nüvə silahı əldə edəcək, ya da biz hansısa ittifaqla birləşməliyik. Bu gün NATO-dan başqa heç bir etibarlı ittifaq tanımırıq", - o qeyd edib.

O bildirib ki, bu məsələni sentyabrda ABŞ-nin eks-prezidenti Donald Trampla görüşündə də qaldırıb.

Bundan Zelenski müttəfiqlərinə planının əsas məqamlarını təsdiqləmək üçün üç ay vaxt verib. 

Türkan İSGƏNDƏRLİ