Türkiyə ordusu son bir həftədə 45 terrorçunu MƏHV ETDİ

 19:08 17.10.2024     165

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) tərəfindən daxili və sərhədyanı əməliyyatlarla son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 45 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Redaktor.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk, nazirlikdə keçirilən mətbuat konfransında bildirib ki, nazirlik bütün birlik və qurumları ilə dövlətin  yaşaması üçün əzmlə işlərini davam etdirir.

Terrorla mübarizə çərçivəsində sərhədlərdən başlayaraq təhdidlərin aradan qaldırılması məqsədi daşıyan əməliyyatların qətiyyətlə davam etdiyini bildirən Aktürk deyib: “Son bir həftədə 45 terrorçu zərərsizləşdirilib. 1 Yanvardan bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı 2 min 194-ə çatıb".

Seymur BƏNNAYEV