Yaşar Gülər NATO-nun Müdafiə Nazirləri Yığıncağında iştirak ETDİ
Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər NATO Müdafiə Nazirləri Yığıncağının ilk gün iclaslarına qatılıb və ikitərəfli görüşlər keçirib.
Redaktor.az xəbər verir ki, Yaşar Gülər NATO-nun Brüsseldəki qərargahında keçirilən iki günlük toplantının ilk gün iclaslarında iştirak edib.
İŞİD-lə Mübarizə Koalisiya Toplantısına qatılan Y. Gülər, görüşdən əvvəl amerikalı həmkarı Lloyd Austin də daxil olmaqla bir çox həmkarı ilə qısa görüşlər keçirib.
Nazir Ukraynanın müdafiə naziri Rüstəm Umerov ilə görüşüb və rumıniyalı həmkarı Angel Tilvar və bolqar həmkarı Atanas Zapryanov ilə üç ölkə arasında hərbi fəaliyyətləri əhatə edən niyyət məktubunu imzalayıb.
Seymur BƏNNAYEV