Rusiya Donetskdə Maksimilyanovka qəsəbəsini ələ KEÇİRDİ

 21:49 17.10.2024     93

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Maksimilyanovka qəsəbəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukrayna müharibəsində gördüyü işlər barədə məlumat verilib.

Rusiya ordusunun Ukraynada cəbhədəki mövqelərini yaxşılaşdırdığı bildirilən bəyanatda deyilir: “Cənub Hərbi Qrupunun birlikləri fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Maksimilyanovka qəsəbəsini azad ediblər". 

Seymur BƏNNAYEV