İsrail nazirləri Qəzzaya hücumların davam etməsini İSTƏYİR

 22:01 17.10.2024     172

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriç Həmas lideri Yəhya Sinvarın ölümünün açıqlanmasından sonra Qəzza zolağına hücumların davam etdirilməsinə çağırıblar.

Redaktor.az xəbər verir ki, Ben-Qvir, Sinvarın Qəzzanın cənubunda İsrailin hücumunda həyatını itirdiyi açıqlandıqdan sonra sosial media hesabında paylaşım edib.

Ben-Qvir Sinvarın həyatını itirdiyi hücumu alqışlayıb və Qəzzaya hücumların "zəfərə qədər bütün gücü ilə davam etməsi" mesajını verib.

Smotriç sosial media hesabından verdiyi açıqlamada İsrail ordusundan Qəzzaya "hərbi təzyiqi artırmağı" və hücumların davam etməsini tələb edib.

İfrat sağçı nazir Smotriç təklif edib ki, Qəzzada israilli məhbusları təhvil verəcək şəxslərə pul mükafatı və onların bölgəni tərk edərək başqa yerə (ölkəyə) köçməsinə icazə verilməsi imkanları təklif edilsin.

Seymur BƏNNAYEV