Fitso Aİ-ni miqrasiya siyasətini sərtləşdirməyə ÇAĞIRDI

 22:58 17.10.2024     145

Avropa İttifaqı qeyri-qanuni miqrasiya ilə mübarizədə daha sərt və qətiyyətli tədbirlər görməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa Şurasının (AŞ) iclasında iştirak edən Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

“Avropa İttifaqında (Aİ) qeyri-qanuni miqrasiya probleminin daha sərt və daha cəsarətli həll yollarına ehtiyacı var. Qaçqınların Aİ-də bölüşdürülməsi üzrə məcburi kvotaların tətbiqinin əleyhinə səs verilməsi bizim haqlı olduğumuzu sübut etdi. Mən daim söyləyirəm ki, biz Şengen zonasının xarici sərhədlərini qorumalı və qaçqınların mənşəcə aid olduğu ölkələrlə qarşılıqlı fəaliyyətə diqqət yetirməliyik”, - o deyib.

Fitso vurğulayıb ki, AŞ iclası başlamazdan əvvəl Aİ-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi görüşü keçirilib və onlar birliyin miqrasiya siyasətinin sərtləşdirilməsini müdafiə edib.

Onun sözlərinə görə, görüşdə ondan başqa, Avstriya, Macarıstan, Yunanıstan, Danimarka, Kipr, Niderland, Polşa və Çexiya liderləri, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen iştirak edib.