"Zelenski hər dəfə ortaya çıxanda biz ona 100 milyard dollar veririk" - Tramp

 23:23 17.10.2024     199

Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin başlamasına görə məsuliyyət daşıyır və onun başlamasına mane olmalı idi.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-nin eks-prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib.

"Zelenski indiyə qədər gördüyüm ən böyük satıcılardan biridir. O, hər dəfə ortaya çıxanda biz ona 100 milyard dollar veririk. Tarixdə başqa kim bu cür pul alıb?" - Tramp deyib.

O, əlavə edib ki, bu, Ukraynaya kömək etmək istəmədiyi anlamına gəlmir və bu insanlara çox təəssüfləndiyini vurğulayıb. Bununla belə, Tramp “Zelenski bu müharibənin başlamasına heç vaxt icazə verməməli idi” fikrini ifadə edib.

Eks-prezident münaqişəni “uduzmuş müharibə” adlandırıb və əlavə edib ki, “Ukrayna artıq əvvəlki Ukrayna deyil”.

Turan İSMAYIL