Milyarder Osloda bahalı şam yeməyinə getməkdən imtina etdi

 23:32 17.10.2024     219

Amerikalı sahibkar və X sosial şəbəkəsinin sahibi İlon Mask Norveçin "Norges Bank Investment Management" neft fondunun rəhbəri Nikolay Tangenlə şam yeməyinə gəlməkdən imtina edib, çünki Osloya getmək ona çox baha başa gələcəkdi.

Redaktor.az xəbər verir ki, bu barədə Norveçin "E24" qəzeti yazıb.

Nəşr Tangen və Mask arasında yazışmalar əldə edib. Norveçli amerikalını əvvəlcədən 28 aprel 2025-ci il tarixinə planlaşdırılan Osloda işgüzar şam yeməyinə dəvət edib. Burada "Ferrari", "Novo Nordisk", "Nestle", "DoorDash", "Adidas" və digər şirkətlərin rəhbərləri iştirak edəcək.

Mask əvvəlcə dəvəti qəbul edib, lakin sonradan onun qonaqlar siyahısında olmayacağı məlum olub.

Neft Fondunun kommunikasiyalar üzrə direktoru Marte Skor qəzetə deyib: "O, iştirak etməyin onun üçün çətin və bahalı olacağını bildirdi".

Nəşr xatırladıb ki, yayda Tangenlə Mask arasında münasibətlər pisləşib.

Turan İSMAYIL