NASA milyon dollarlıq müsabiqə ELAN ETDİ

 09:51 18.10.2024     81

NASA Ayda tullantıların utilizasiyası problemini həll etmək üçün 3 milyon dollarlıq mükafat fondu ilə "LunaRecycle Challenge" başladıb.

Redaktor.az xəbər verir ki, agentlik kosmik proqramların davamlılığını artırmaq üçün uzunmüddətli Ay missiyalarından çıxan tullantıların təkrar emalı üçün innovativ həllər axtarır.

Müsabiqə iki mərhələyə bölünür. 31 mart 2025-ci ildə başa çatacaq birinci mərhələdə komandalar təkrar emal üçün həm fiziki avadanlıq, həm də virtual prototiplər təklif etməlidirlər.

Qaliblər ən yaxşı fiziki dizayn üçün 600 000 dollar, ən yaxşı rəqəmsal əkiz üçün isə 400 000 dollar alacaqlar.

İkinci mərhələ isə işləyən prototipin yaradılmasını nəzərdə tutur və bunun üçün 1,4 milyon dollarlıq böyük mükafat verilir.

NASA ümid edir ki, komandaların həlləri təkrar emal texnologiyalarını təkmilləşdirmək və ətraf mühitə zərərli təsirləri azaltmaqla təkcə kosmosda deyil, həm də Yer kürəsində kömək edəcək.

Sevinc İBRAHİMZADƏ