Yəhya Sinvar öldürülməsi Qəzza problemi üzrə razılaşmanı çətinləşdirə BİLƏR

 10:10 18.10.2024     131

HAMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi Qəzza problemi üzrə razılaşmanı çətinləşdirə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Post“ yazıb.

Məqalədə bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu hadisədən sonra daha genişmiqyaslı qələbə qazanmaq yolunda səylərini iki dəfə artıra bilər. Onun bu niyyəti isə bölgədə atəşkəs anlaşmasına əngəl törədəcək.

Müəllif həmçinin ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin Y.Sinvarın qətli ilə bağlı fikirlərindən də sitat gətirir. Bildirir ki, Vaşinqtonda bu hadisə alqışlansa belə onun ölümü Yaxın Şərqdə sülhə nail olmaq üçün maneə yarada bilər:

“Bu maneələrdən biri HAMAS-ın seçiləcək yeni liderinin atəşkəsə razılıq verib-verməyəcəyi ilə bağlıdır. Müşahidəçiləri düşündürən daha bir məsələ Benyamin Netanyahunun bu imkandan hərbi əməliyyatların dayandırılması üçün istifadə edəcəyi ilə bağlıdır. Atəşkəs planının reallaşması məhz bu suallara aydınlıq gətirilməsindən asılıdır”.

Qeyd edək ki, İsrail ordusu oktyabrın 17-də HAMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın 16 oktyabr tarixində keçirilən xüsusi əməliyyatla öldürüldüyünü elan edib.