Lavrov ölkənin Gürcüstanla əlaqə vasitəsindən danışdı
Rusiya Gürcüstanla İsveçrənin Gürcüstandakı səfirliyi vasitəsilə əlaqə saxlayır.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) iclasından sonra mətbuatın suallarını cavablandırarkən deyib.
“Diplomatlarımız orada işləyirlər və lazım gəldikdə onların cari məsələləri, xüsusən də ticarət, turizm və insanlar arasında əlaqələri birbaşa Gürcüstanın müvafiq orqanları ilə müzakirə etmək imkanı var", - deyə Lavrov qeyd edib.
Sevinc İBRAHİMZADƏ