İrəvanda polis Qarabağ narı satan satıcını SAXLADI - FOTO

 17:46 18.10.2024     58

İrəvanın mərkəzində Qarabağ narı satılır.

Redaktor.az xəbər verir ki, bu barədə "haraparak" nəşri yazıb.

Ölkə əhalisi arasında həyəcan yaradan bu xəbər bir sıra suallar da doğurub. İrəvan əhalisi Qarabağ narının İrəvana necə gedib çıxmasını sual ediblər.

Satıcıya yaxınlaşan İrəvan polisi məsələni aydınlaşdırmağa çalışıb. O isə bildirib ki, nar Gürcüstanda satılır və meyvələri oradan alıb.

Qarabağ narının bir kiloqramı 1000 drama yəni təxminən 4 manat 40 qəpiyə alıcılara təklif olunub.