İsrail 6 gündə 9 fələstinlini öldürüb - BMT
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Yens Laerke, İsrail qüvvələrinin 8-14 oktyabr tarixləri arasında işğal altındakı İordan çayının qərb sahilində biri uşaq olmaqla 9 fələstinlini öldürdüyünü bildirib.
Redaktor.az xəbər verir ki, Laerke, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib.
İşğal altındakı İordan çayının qərb sahilində vəziyyətin pisləşməyə davam etdiyini bildirən Laerke deyib: "İsrail qüvvələri 8-14 oktyabr tarixləri arasında biri uşaq 9 fələstinlini şəhid etdi, 104 nəfəri yaraladı".
Seymur BƏNNAYEV