Qafqaza təhlükə Qərb ölkələrindən gəlir - Lavrov

 20:34 18.10.2024     154

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz regionunun təhlükəsizliyinə təhdidlərin Qərb ölkələrindən qaynaqlandığını bildirib.

Redaktor.az xəbər verir ki, Lavrov İstanbulda keçirilən 3+3 Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının 3-cü Toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.

Bu görüşü təşkil etdikləri üçün türkiyəli həmkarlarına təşəkkür edən Lavrov görüşdə Yaxın Şərqdəki vəziyyətin müzakirə edildiyini və bu bölgədə gərginliyin azaldılmasının və mülki şəxslərə qarşı qeyri-seçim hücumlarının dayandırılmasının vacibliyini vurğulayıb.

Seymur BƏNNAYEV