Hizbullah Suriyadakı varlığını azaldıb Livana yönəlir
İsrail qüvvələrinin Livanın müxtəlif bölgələrində başlatdığı hücumlardan sonra Bəşər Əsəd rejimi ordusunun sıralarında olan Hizbullah Suriyadakı varlığını azaldır və ünsürlərini yenidən Livana köçürür.
Redaktor.az xəbər verir ki, İsrailin Livana hücumlarından sonra Hizbullah üzvləri Suriyadan Livana köçür, ailələri isə Suriyanın müxtəlif bölgələrində məskunlaşır.
Yerli mənbələrdən alınan məlumata görə, İsrailin hücumları nəticəsində çoxlu sayda Hizbullah üzvü Livandan Suriyaya keçərkən, Hizbullah da Suriyanın müxtəlif bölgələrindən yüzlərlə üzvünü Livana köçürüb.
Seymur BƏNNAYEV