"Ukrayna nüvə silahı yarada bilməyəcək"

 22:14 18.10.2024     88

Kiyev hakimiyyəti hətta yaxın bir neçə ildə müstəqil şəkildə nüvə silahı yarada bilməyəcək, lakin Qərbdən belə silahlar almadığı üçün “çirkli bomba”dan istifadə edə bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Vladimir Çijov deyib.

Onun sözlərinə görə, tamamilə aydındır ki, heç kim Kiyevə nüvə silahı verməyə hazırlaşmır.

“Ukraynanın özünə gəlincə, təbii ki, nə iki-üç həftəyə, nə də iki-üç ildən sonra onlar belə bir bomba yarada bilməyəcəklər, lakin təbii ki, çirkli bomba yarada biləcəklər”, - Vladimir Çijov bildirib.

Turan İSMAYIL