Britaniya Pekini Çindən Rusiyaya hərbi tədarükün qarşısını almağa ÇAĞIRDI

 22:23 18.10.2024     200

Britaniyanın xarici işlər naziri Devid Lemmi çinli həmkarı Vanq Yinə bildirib ki, Pekin hərbi məhsullarının Rusiyaya ixracına icazə verməməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Pekində keçirilən nazirlərin görüşündən sonra yaydığı bəyanatda deyilir.

"Lammi bəyan edib ki, Böyük Britaniya və Çin müharibəyə son qoyulmasında, sülhdə ortaq maraqlıdırlar. O, Çinin Rusiya hərbi-sənaye kompleksinə avadanlıq tədarükündən narahatlığını bir daha təkrarlayıb ki, bu da Çinin Avropa ilə münasibətlərinin pisləşməsi riski yaradır"- sənəddə deyilir. Britaniya xarici işlər naziri həmçinin Vanq Yini “Rusiya ordusunu təchiz edən Çin şirkətləri tərəfindən həyata keçirildiyi” iddia edilən “təchizatla bağlı vəziyyəti düzəltmək üçün bütün tədbirləri görməyə” çağırıb.

Britaniyalı nazir Çinə səfəri zamanı London və Pekin arasında ikitərəfli təmasların intensivləşdirilməsinin vacibliyini də bəyan edib.

"O, açıq şəkildə bildirdi ki, qlobal oyunçular kimi hər iki ölkə mürəkkəb problemlərə praqmatik həll yolları tapmaq üçün birgə işləmək öhdəliyi daşıyır. Praqmatik və qarşılıqlı faydalı əməkdaşlıq sahələri aydındır. Bunlara yaşıl enerji keçidinə nail olmaq üçün birgə işləmək, davamlı inkişafda və qlobal sağlamlıqda, eləcə də süni intellekt texnologiyasından təhlükəsiz istifadədə səylərin artırılması daxildir”, - Britaniya XİN bildirib.

Turan İSMAYIL