İstanbulda körpə ölümləri ilə bağlı 22 nəfər həbs EDİLDİ

 22:21 18.10.2024     170

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç İstanbulda körpə ölümləri ilə bağlı saxlanılan 47 şübhəlidən 22-nin həbs olunduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç İstanbulda uşaq ölümləri ilə bağlı açıqlama verib: 

“İstanbulda bəzi özəl xəstəxanaların yeni doğulmuş baxım şöbələrinin icarəyə götürülməsi və qeyri-insani və yararsız şərtlər səbəbiylə körpə ölümləri ilə bağlı CİMER-ə edilən müraciətlər və İstanbul İl Sağlamlıq Müdirliyinin xəbəri üzərinə, Büyükçekmece Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başladıldı. 21.05.2023-cü il tarixdə baş vermiş və bu çərçivədə bu günə qədər 47 şübhəlidən 22-si həbs edilməmişdir.

16.10.2024-cü il tarixdə 47 şübhəli barəsində ittiham aktı hazırlanıb və 22-si həbs olunan bu şübhəlilərin məhkəmə prosesi davam edir.

Seymur BƏNNAYEV