İsrail ordusu Suriya səmasında “şübhəli hədəfin” tutulduğunu açıqladı

 22:28 18.10.2024     84

İsrail hərbçiləri Suriya səmasında “şübhəli hava hədəfini” ələ keçirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl Suriyadan İsrail ərazisinə yaxınlaşan şübhəli hava hədəfi İsrail Hərbi Hava Qüvvələri tərəfindən ələ keçirilib", - bəyanatda deyilir.

Turan İSMAYIL