ABŞ-nin Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyi müsbətə doğru dəyişib - Zelenski

 22:43 18.10.2024     142

ABŞ-nin Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyi müsbətə doğru dəyişib, lakin Almaniya buna şübhə ilə yanaşır.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski telemarafon zamanı deyib.

Zelenski qeyd edib ki, Ukraynanın NATO-ya dəvət olunması ilə bağlı ciddi risk görmür:

“Rusiya ilə dialoqda yer buraxmaq istəyənlər, məncə, buna imza atmayacaqlar".

O, həmçinin bildirib ki, ABŞ oktyabr-dekabr aylarında Ukraynaya 500-750 milyon dollar dəyərində bir sıra hərbi yardım paketləri təqdim edəcək.