Fransanın xarici işlər naziri Ukraynaya getdi

 16:04 19.10.2024     166

Fransanın xarici işlər naziri Jan-Noel Baron oktyabrın 19-da iki günlük səfərlə Kiyevə gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.

Bildirilib ki, səfərin məqsədi Fransanın Ukraynaya davamlı dəstəyini ifadə etməkdir. Fransalı nazir həftəsonunu Kiyevdə keçirəcək və həmkarı Andrey Sibiqa ilə görüşəcək.