Türkiyədə üç milyona yaxın Suriyadan olan qaçqın var
Hazırda Türkiyədə üç milyona yaxın Suriyadan olan qaçqın var.
Redaktor.az xəbər verir ki bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ümumilikdə Suriyadan dörd milyona yaxın qaçqın Türkiyəyə gəlib:
"Savaşın davam etdiyi hazırkı müddətdə də qapımız hələ də açıqdır. Həmçinin Livanda olan vəziyyətlə əlaqədar Tükiyəyə gələnlər üçün də qapımızı açıq tutmuşuq. Orada türkmənlər də var. Bu soydaşlarımız üçün qapımızı açıq saxladığımızı demişəm, indi də deyirəm".