Belqoroda yaxınlaşan bir neçə hava hədəfi VURULDU
Hava Hücumundan Müdafiə Qüvvələri Belqoroda yaxınlaşarkən bir neçə hava hədəfini vurub.
Redaktor.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında bildirib .
"Bizim hava hücumundan müdafiə sistemimiz Belqorod vilayəti üzərində işləyirdi - ilkin məlumata görə, şəhərə yaxınlaşarkən bir neçə hava hədəfi vurulub", - o yazıb.
Daha sonra isə bildirilib ki, Belqorodda dağıntılar nəticəsində 5 avtomobil və bir qaz kəməri zədələnib.