İsraildən xahiş edirik ki, əməliyyatı dayandırsın - İtaliya
Biz İsrailin və Fələstin xalqının təhlükəsizliyinə zəmanət verən iki dövlətin birgə yaşayışından ibarət siyasi həll yolunun sürətli axtarışında israr edirik.
Redaktor.az xəbər verir ki, bunu İtaliya müdafiə naziri Quido Krosetto G7 ölkələrinin müdafiə nazirlərinin ilk iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, İsraildən Livandakı əməliyyatı başa çatdırmaq xahiş olunur:
"Eyni zamanda, Hizbullah və HƏMAS tərəfindən düşmənçilik hərəkətləri dayandırılmalıdır”.