G7 ölkələrinin müdafiə nazirləri İtaliyada GÖRÜŞDÜLƏR

 22:23 19.10.2024     188

G7 ölkələrinin müdafiə nazirləri  İtaliyanın ev sahibliyi ilə Neapolda görüşüblər.

Redaktor.az xəbər verir ki, Neapolda ABŞ, Almaniya, Fransa, Kanada, İngiltərə, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin müdafiə nazirləri, həmçinin NATO-nun baş katibi Mark Rutte və Avropa İttifaqının (Aİ) iştirak etdiyi G7 müdafiə nazirlərinin görüşü keçirilib.

Qonaqları bir-bir salamlayan ev sahibi İtaliyanın müdafiə naziri Guido Crosetto iclasın açılışındakı çıxışında G7 formatından olan müdafiə nazirlərinin tarixdə ilk dəfə bir araya gəldiyinə diqqət çəkərək, G7-nin ümumilikdə geosiyasi, sosial və iqtisadi problemləri həll etmək üçün görüşdüyünü, bu gün müdafiə və təhlükəsizlik məsələlərinin də müzakirə edildiyini söylədi.

Seymur BƏNNAYEV