Mən bunu təkid edəcəm ki, İsrail hücumu dayandırsın - Ostin
ABŞ İsraildən Livandakı hücumların intensivliyini azaltmasını və mülki şəxslərin sərhəd bölgələrinə qaytarılması ilə bağlı danışıqlara keçməsini gözləyir.
Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin G7 ölkələrinin müdafiə nazirlərinin Neapolda keçirilən ilk iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Ostinin sözlərinə görə, Hizbullah hərəkatı insanların yaşadığı yerlərdə komandanlıq məntəqələri və silahlar yerləşdirməyə çalışır:
"Amma eyni zamanda, mən Qəzzaya münasibətdə bunu dedim və deyirəm, mülki vətəndaşların sayı həddən artıq çoxdur. Biz istərdik ki, İsrail xüsusilə Beyrut və onun ətrafında bəzi zərbələrinin intensivliyini azaltsın. Biz istərdik ki, sərhədin hər iki tərəfindəki mülki şəxslərin evlərinə qayıtmasına imkan verən hansısa formada danışıqlara keçsin. Mən İsrailin müdafiə naziri Yoav Qallantla təmaslarımda bunu təkid etməyə davam edəcəyəm".