PKK/KCK-nın iki liderini ZƏRƏRSİZLƏŞDİRİLDİ

 11:56 20.10.2024     173

Türkiyənin Milli Kəşfiyyat İdarəsi İraqda PKK/KCK-nın sosial sahə üzrə məsul şəxsləri – Caize Selber və Əmine Ulaşı Süleymaniyyədə zərərsizləşdirib.

Bu barədə Redaktor.az yerli mətbuata istinadən xəbər verir.

Araşdırmalar nəticəsində məlum olub ki, onlar qruplaşmanın yüksək vəzifəli rəhbərləri ilə sıx əlaqələr saxlayır. Eyni zamanda qruplaşmanın terrorçuları aldıqları təlimatlara uyğun olaraq, bölgə sakinlərindən vergi adı ilə xərac alıblar, toplanan məbləği iyul ayında Türkiyənin təhlükəsizlik qüvvələrinə hücum etmək üçün maddi-texniki dəstək məqsədilə xərclənib. Bundan əlavə, terrorçular gəncləri terror təşkilatında iştiraka təşviq ediblər.