Gürcüstanın xarici dövlət borcu 9 milyard dolları KEÇİB

 14:15 20.10.2024     197

Gürcüstanın xarici dövlət borcu 9 milyard dolları (ABŞ) keçib.

Redaktor.az-ın məlumatına görə, "Report"un yerli bürosu bu barədə ölkənin Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bu, ötən ilin avqust ayı ilə müqayisədə 43,5 milyon dollar və 2023-cü ilin sentyabrı ilə müqayisədə 581 milyon dollar çoxdur.

Gürcüstanın ən çox borclu olduğu qurumlar:

Asiya İnkişaf Bankı – 2,4 milyard dollar;

Dünya Bankı – 2,2 milyard dollar;

Avropa İnvestisiya Bankı – 1,1 milyard dollar.