Netanyahuya sui-qəsd cəhdi İranın əsl üzünü göstərdi
Baş nazir Netanyahu və onun ailə üzvlərinə sui-qəsdə cəhd edən İrana bağlı qruplar bir daha bu hökumətin əsl üzünü və onun apardığı şər oxunu göstəriblər.
Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrail Katz özünün sosial media hesabında yazıb.
Katz bildirib ki, İran Netanyahuya sui-qəsd cəhdinə görə məsuliyyət daşıyır.
Qeyd edək ki, dünən İsrail Baş naziri Benyamin Netanyahunun Qeysəriyyədəki evinə PUA hücumu baş verib. Məlumata görə, hücum anında baş nazir və həyat yoldaşı evdə olmayıb.
İsrail Müdafiə Ordusu Livandan İsrail ərazisinə üç PUA göndərildiyini, onlardan ikisinin vurulduğunu, birinin isə Qeysəriyyə bölgəsindəki bir binaya çırpıldığını təsdiqləyib.
İran bu hücumla bağlı olduğu haqda iddiaları qəti şəkildə təkzib edib.