Sandu səs verdi və xalqa müraciət ETDİ

 19:30 20.10.2024     186

Yeni mandat uğrunda mübarizə aparan Moldova Prezidenti Maya Sandu səsvermə hüququndan istifadə edib.

Redaktor.az xəbər verir ki, Maya Sandu vətəndaşlara da müraciət edib.

“Mən vətəndaşlara müraciət etmək istəyirəm. Əziz vətəndaşlar, referendumda fəal iştirak edin. Bu bazar günü ölkəmiz üçün iki mühüm qərar qəbul edirik. İki bülleten götürün. Referendum səsverməsi bizim gələcək onilliklər üçün taleyimizi müəyyən edəcək. Hörmətli diaspor üzvləri, səs verin ki, vətəndə olanlar rahat yaşasınlar. Mən ona görə səs verdim ki, moldovalılar öz müqəddəratını təyin etməlidirlər. Mən Moldovanın sülh və azadlıq şəraitində inkişaf etməsinə, layiq olduğu gələcəyi qurmasına səs verdim”, - deyə dövlət başçısı bildirib.